Mingəçevirdə 31 yaşlı kişi İTKİN DÜŞDÜbackend

Mingəçevirdə 31 yaşlı kişi İTKİN DÜŞDÜ

Mingəçevirdə 31 yaşlı Ramin Mahmudov itkin düşüb.

Bu barədə KONKRET.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Qeyd edilib ki, Yevlax rayon sakini, 1991-ci il təvəllüdlü Ramin Mahmudov avqustun 31-də yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmayıb.

Həmin şəxsin tapılması istiqamətində polis əməkdaşları tərəfindən keçirilən axtarış tədbirləri zamanı onun sonuncu dəfə Mingəçevir şəhəri ərazisindən itkin düşdüyü müəyyən edilib.

“Ramin Mahmudovun əlamətləri – boyu 161 sm, orta bədən quruluşlu, gözlərinin rəngi qəhvəyidir. Sonuncu dəfə evdən çıxarkən üzərində qara rəngli köynək, boz şalvar və sarı rəngli ayaqqabı olub.

Qeyd edək ki, itkin düşən şəxs I qrup əlildir və nitq qüsurludur.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN “102” Xidməti-Zəng Mərkəzinə, eləcə də Mingəçevir Şəhər Polis Şöbəsinin (024)275-26-04 şəhər və (050) 793-01-02 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur”, – Mətbuat Xidmətindən bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*