Mingəçevirdə 32 yaşlı kişi bıçaqlanıb.
KONKRET.az “Unikal”a istinadən xəbər verir ki, 1992-ci il təvəllüdlü və Bakı şəhər qeydiyyatında olan Əyyub Vəliyəddin oğlu Məmmədov bıçaqlanaraq qol və boyun nahiyəsindən xəsarət alıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti Şəki Regional Qrupundan verilən məlumata görə, hadisənin necə və hansı zəmində baş verdiyinin müəyyənləşdirilməsi üçün araşdırmalara başlanıb. Onun yekunlarına əsasən, əlavə məlumat veriləcək.