Mingəçevirdə ağır qəza – 1 ölü, 3 yaralıbackend

Mingəçevirdə ağır qəza - 1 ölü, 3 yaralı

Sentyabrın 14-ü saat 23:30 radələrində Mingəçevir şəhər ərazisində “Lexus” markalı avtomobilin sürücüsü Elmar Allahverdiyevin idarəetməni itirməsi nəticəsində avtonəqliyyat vasitəsi yoldan çıxaraq işıq dirəyinə çırpılıb.

DİN-in mətbuat xidmətinin regional qrupundan KONKRET.az-a bildirilib ki, nəticədə avtomobildəki sərnişin 1994-cü il təvəllüdlü Rahimə Allahverdiyeva aldığı xəsarətlərdən hadisə yerində ölüb, sürücü və ikisi azyaşlı olmaqla üç sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*