Mingəçevirdə baş verən dəhşətli qətlin təfərrüatları MƏLUM OLDUbackend

Mingəçevirdə baş verən dəhşətli qətlin təfərrüatları MƏLUM OLDU

KONKRET.az-ın məlumatına görə, qətlə yetirilən qadın oğlu tərəfindən yatmış vəziyyətdə bıçaqlanıb.

Mərhum B.Hacıyevanın anası Bəsti Babayevanın sözlərinə görə, gecə saatlarında nəvəsi 17 yaşlı E.Hacıyev anası Brilyant Hacıyevanı yatarkən öldürüb.

“Hadisədən səhər saatlarında xəbər tutdum. Nəvəmin qətli nədən törətməsindən isə xəbərsizəm. Səhər təxminən saat 8-də qonşunun oğlu qapımızı döydü, dedi qızın oğlu tərəfindən bıçaqlanıb. Soruşdum niyə? Biz evə çatanda meyiti morqa aparmışdılar. Nəvəmin anasına neçə bıçaq vurmasını bilmirəm, amma onu bilirəm ki, anasını yatmış vəziyyətdə bıçaqlayıb”.

Qeyd edək ki, E.Hacıyev faktla bağlı prokurorluq və polis əməkdaşları tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Qadının həyat yoldaşı bir neçə il əvvəl dünyasını dəyişib. Ailə üzvləri Ağdam rayonundan məcburi köçkündürlər.

Araşdırmalar davam etdirilir.

=======================================================================================================

İyunun 21-də saat 05 radələrində Mingəçevir şəhəri, Yeni Həyat qəsəbəsində yaşayan 1974-cü il təvəllüdlü Birliyant Hacıyevanın yaşadığı evdə bıçaqlanaraq öldürülməsi barədə məlumat daxil olub.

Mingəçevir şəhər prokurorluğunundan KONKRET.az-a daxil olan məlumata görə Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, o cümlədən digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin olunmuşdur.

İlkin istintaqla hadisənin zərərçəkmişin oğlu, 2003-cü il təvəllüdlü Elmir Hacıyev tərəfindən qısqanclıq zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Elmir Hacıyev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

=======================================================================================================

İyunun 21-də saat 05 radələrində Mingəçevir şəhəri, Yeni Həyat qəsəbəsində yaşayan 1974-cü il təvəllüdlü Birliyant Hacıyevanın yaşadığı evdə bıçaqlanaraq öldürülməsi barədə prokurorluq məlumat yayıb.

KONKRET.az bildirir ki, məlumata görə, dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər zəruri prosessual hərəkətlər yerinə yetirilib:

“Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub.

İlkin istintaqla hadisənin zərərçəkmişin oğlu, 2003-cü il təvəllüdlü Elmir Hacıyev tərəfindən qısqanclıq zəminində aralarında yaranan münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Elmir Hacıyev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib”.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, ilkin məlumata görə, Elmir Hacıyev mərhumun oğludur.

Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*