Mingəçevirdə Kia markalı avtomobil dezinfeksiya stansiyasının əməkdaşını vurub.
KONKRET.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Mingəçevir şəhər Dezinfeksiya Stansiyasının önündə baş verib.
1961-ci il təvəllüdlü stansiya əməkdaşı İbrahomova Sevda Ənvər qızını maşın vurub.Xəsarət alan, piyada xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov,
KONKRET.az