Mingəçevirdə məktəbli xəsarət aldıbackend

Mingəçevirdə məktəbli xəsarət aldı

Mingəçevirdə məktəbdə şagird ağır xəsarət alıb.

KONKRET.az xəbər verir ki, hadisə 4 saylı orta məktəbdə baş verib.

6-cı sinif şagirdi olan oğlan uşağı məktəbin həyətində baş nayihəsindən ağır xəsarət alıb.

Təcili özəl klinikalardan birinə çatdırılan məktəbli əməliyyat olunub.

Klinikadan verilən məlumata görə, onun durumu orta ağır olaraq dəyərləndirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, məktəblinin xəsarət alması ilə bağlı polisə məlumat daxil olub.

İzahatlar alınıb və hadisənin hansı zəmində baş verməsi ilə əlaqədar istintaq araşdırmaları davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*