Mingəçevirdə minik maşını yandıbackend

Mingəçevirdə minik maşını yandı

Mingəçevirdə minik maşını yanıb, sahibi yanıq xəsarətləri alıb.

KONKRET.az-ın məlumatına görə hadisə Səməd Vurğun meydanı yaxınlığında baş verib.

Belə ki, usta öz avtomobilində təmir apararkən maşın qəfil alovlanıb.

Hadisə yerinə gələn FHN-nin yanğınsöndürmə briqadası yanğını söndürüb və maşının digər hissəsini yanğından mühafizə edib.

Hadisə zamanı maşının sahibi olan və şəhərdə “Usta Vəli” kimi  tanınan yaşlı kişi bədənin və üzün müxtəlif nahiyələrindən xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*