Minsk qrupunun həmsədrləri Arutyunyanı qəbul etmədilər – İrəvan pat vəziyyətindəbackend

Minsk qrupunun həmsədrləri Arutyunyanı qəbul etmədilər - İrəvan pat vəziyyətində

Dağlıq Qarabağ separatçılarının rəhbəri Arayik Arutyunyan neçə gündür ki, bəzənib-düzənir, ətirlənib-duxulanır ki, İrəvana gələn ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşsün. Ağlayıb, sıtqayıb bir az puldan-paradan alsın. Amma bu dəfə onun istəyi ürəyində qalıb.

KONKRET.az xəbər verir ki, həmsədr ölkələr Arutyunyanla görüşməyi məqsədəuyğun saymayıblar. Ona görə də Arutyunyanın Xankəndindən qantər içində İrəvana gəlməsinin əziyyəti özünə qalıb. Bununla belə ermənilər arxalarını yerə vurmurlar. Ermənistan mətbuatı yazır ki, guya görüşün baş tutmamasını Arayik Arutyunyan istəməyib. Səbəb də bu olub ki, guya görüşdə Rusiyalı həmsədr iştirak etmir.

Məlum olduğu kimi bu dəfəki missiyada Minsk qrupunun ABŞ və Fransadan olan həmsədrləri – Andryü Şoffer və Stefan Viskonti iştirak edirdi. Moskvanı isə müvafiq olaraq Rusiyanın Azərbaycandakı və Ermənistandakı fövqəladə və səlahiyyətli səfirləri təmsil edird. Bunu artqı neçə gündür ki, bütün dünya mətbuatı yazır. Arayik Arutyunyanın da bunu bilməməsi qətiyyən inandırıcı deyil. Əgər belə olsa idi, o heç “zəhmət çəkib” Xankəndindən yola çıxmazdı. Deməli, əsl həqiqət budur ki, ATƏT-in Minsk qrupunun həmsədrləri bu görüşü istəməyiblər. Bununla da həmsədrlər rəsmi Bakını qıcıqlandırmaqdan çəkiniblər. Nəticədə, erməni siyasi elitası pat vəziyyətinə düşüb.

Surxay Atakişiyev,

KONKRET.az.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*