Belarusun paytaxtı Minsk şəhərində yaşayış binasında məişət qazının partlaması nəticəsində biri uşaq olmaqla 6 nəfər həlak olub.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Belarus İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, partlayış təxminən yerli vaxtla saat 03:30-da Şevçenko bulvarındakı yaşayış binasında baş verib.
Yaşayış binasından 20-dən çox insan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən təxliyə edilib.