MİQ imtahanı ildə bir neçə dəfə keçiriləcək – Müəllimlərin NƏZƏRİNƏ!backend

MİQ imtahanı ildə bir neçə dəfə keçiriləcək - Müəllimlərin NƏZƏRİNƏ!

“Gələcəkdə müəllimlərin işə qəbulu üzrə müsabiqənin il ərzində bir yox, bir neçə dəfə keçirilməsi nəzərdə tutulur. Bəzən MİQ müsabiqəsində namizəd imtahana gecikir, ya qanun pozuntusu edir, ya aşağı bal toplayır deyə yenidən imtahan vermək istəyir. Bütün bunları nəzərə alaraq MİQ müsabiqəsini il ərzində bir neçə dəfə keçirmək istəyirik”.

KONKRET.az xəbər verir ki, bunu İnsan Resursları Mərkəzinin rəhbəri Nurlan İsmayılbəyli “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlimdə çıxışı zamanı deyib.

Mərkəz rəhbəri əlavə edib ki, yeniliklərlə bağlı müvafiq infrastruktur olmalıdır: “Hazırda bu istiqamətdə müzakirələr gedir. MİQ-də istifadə olunan sualların məzmunu ilə bağlı hər hansı dəyişikliyin edilməsi nəzərdə tutulmayıb. Ola bilsin ki, yerləşdirmə test imtahanından fərqli keçirilsin”.

O qeyd edib ki, hər tədris ilində təxminən 1000 vakant yer yaranır: “Yeni dəyişiklərlə keçirilməsi planlaşdırılan MİQ imtahanı ilə əlaqədar vakant yerlərin sayı məsələsinə də baxılacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*