MİQ imtahanı ödənişli olacaq, bəs attestasiya? – CAVAB VERİLDİbackend

MİQ imtahanı ödənişli olacaq, bəs attestasiya? - CAVAB VERİLDİ

Milli Məclisin Elm və təhsil komitəsinin iclasında müzakirəyə çıxarılacaq “Ümumi təhsil haqqında” qanun layihəsində müəllimlərin işə qəbulu (MİQ) üzrə imtahanın ödənişli olması təklifi əksini tapıb. Bəs, müəllimlərin attestasiya imtahanının da ödənişli olması barədə ideya irəli sürülə bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən təhsil eksperti Məzahir Məmmədli bildirib ki, işə qəbul imtahanının ödənişli əsaslarla keçirilməsi müəyyən mənada sıxlığın qarşısını ala bilər:

Məzahir Məmmədli: Hər il olduğu kimi sualların çətin və adekvat olmadığını deyənlər tapılacaq

“İşə qəbul imtahanı müraciət əsasında aparılır. Şəxslər müraciət edirlər və yalnız müvəffəq olanlar işə qəbul edilirlər. Çox zaman imtahanlara sadəcə özünü sınamaq üçün gələnlər də qatılır. Əgər ödəniş tətbiq olunarsa, bu kütləvi axının qarşısını alar ”.

Ekspertin sözlərinə görə, attestasiya imtahanının ödənişli olması uyğunsuzluq yarada bilər:

“Attestasiyanı Elm və Təhsil Nazirliyi təşkil edir. Ona görə də inanmıram ki, bu imtahan ödənişli əsaslarla keçirilsin. MİQ-də müəyyən texniki prosedurlar üçün ödənişlərin olması qəbulediləndir, lakin attestasiya üçün bu yanaşma düzgün olmaz”.

M. Məmmədli sonda əlavə edir ki, MİQ-in ödənişli olması gündəmə gəlsə də, attestasiya ilə bağlı ödəniş ideyasının reallaşacağı inandırıcı görünmür.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*