Mirzoyan: Azərbaycanla sülh sazişinin imzalanmasını real hesab edirəmbackend

Mirzoyan: Azərbaycanla sülh sazişinin imzalanmasını real hesab edirəm

Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması realdır.

KONKRET.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında bildirib.

“Sülh sazişinin imzalanması reallığa çevriləcək. Bir daha vurğulamaq istərdim ki, bütün çətinliklərə və mövcud çağırışlara baxmayaraq, Ermənistan regionumuzda (Cənubi Qafqazda) davamlı sülhə nail olmaq üçün səylərini davam etdirir. Fikrimizcə, bu, bilavasitə qonşuluğumuzda olan bütün ölkələrin maraqlarına uyğundur”, – Mirzoyan qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*