“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması Qarabağda təhlükəsizliyin təmin edilməsi və əhalinin hüquqlarının müdafiəsi ilə bağlı məsələlər nəzərə alınmadan mümkün deyil”.
KONKRET.az xəbər verir ki, bu sözləri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
O bildirib ki, erməni cəmiyyəti Rusiya sülhməramlılarının Qarabağdakı hərəkətlərindən məyusdur.
“Ermənistan cəmiyyətindəki müzakirələri izləsəniz, Rusiyanın Qarabağdakı sülhməramlılarının hərəkətlərindən güclü məyusluq müşahidə edə bilərsiniz. KTMT-yə müraciət etdik və baş katibin rəhbərlik etdiyi müşahidə missiyası yaradıldı. Amma heç kimə sirr deyil ki, biz bundan artığını gözləyirdik”, – deyə Mirzoyan bildirib.
Günel Mikayılova,
KONKRET.az