“Ermənistan Türkiyə və Azərbaycan ilə heç vaxt bu qədər yaxın olmayıb”.
KONKRET.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyənin NTV telekanalına müsahibəsində deyib.
O bildirib: “Əminliklə deyə bilərəm ki, türkiyəli və azərbaycanlı həmkarlarım bunu təsdiq edəcəklər ki, biz heç vaxt bir-birimizə bu qədər yaxın olmamışıq. Bəlkə də indi uyğun vaxt deyil, bəlkə də o heç vaxt olmayacaq, amma indiki vəziyyətimizi dəyərləndirsək, demək olar ki, sülhə və sabitliyə heç vaxt bu qədər yaxın olmamışıq”.//Oxu.Az