Mirzoyanı döyən şəxslə bağlı YENİ QƏRAR: Erməni nazir 2020-ci ildə niyə hücuma məruz qalmışdı?backend

Mirzoyanı döyən şəxslə bağlı YENİ QƏRAR: Erməni nazir 2020-ci ildə niyə hücuma məruz qalmışdı?

Prokuror Ermənistanın xarici işlər naziri və parlamentin keçmiş spikeri Ararat Mirzoyana hücum işi üzrə Torqom Asatryana 7 il həbs cəzası istəyib. 

KONKRET.az xəbər verir ki, prosesə hakim Jora Çiçoyan sədrlik edib.

Asatryana qarşı ittiham daha əvvəl adam öldürməyə cəhddən kütləvi iğtişaşlarda iştiraka dəyişdirilib. İş materiallarına görə, təqsirləndirilən şəxs zorakılıq, soyğunçuluq, yandırma, əmlaka ziyan vurma, silahdan istifadə, dövlət məmurlarına müqavimət göstərmə ilə bağlı hərəkətlərdə iştirak edib.

Prokuror cinayətin qrup halında, xüsusi amansızlıqla, hərbi vəziyyətdə törədildiyini bildirərək, məhkəmədən cəzanın ən yüksək həddi təyin edilməsini istəyib.

Müdafiəçi Aleksandr Qoçubayev təqsirləndirilən şəxslə bağlı məlumatları məhkəməyə təqdim edib. O qeyd edib ki, Torqom Asatryanın müsbət arayışları var, sertifikatlarla təltif olunub, şərq döyüş sənəti ustasıdır, qarışıq döyüş növləri (MMA) üzrə Ermənistan çempionudur. Növbəti məhkəmə prosesi oktyabrın 29-na təyin edilib.

Qeyd edək ki, insident 2020-ci il noyabrın 10-na keçən gecə, üçtərəfli bəyanatın imzalanmasından sonra baş verib. Daha sonra İrəvanda parlament və hökumət binaları yaxınlığında kütləvi iğtişaşlar başlayıb. Etirazçılar parlament binasına basqın edərək, Dəmirçyan və Proşyan küçələrinin kəsişməsində Mirzoyanın maşınına hücum edərək, onu sürüyərək çölə çıxarıb və döyüblər. Çoxsaylı xəsarətlər alan siyasətçi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Natiq Səlim

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*