Mişel Aun: “Səudiyyə ilə münasibətlər normallaşacaq”backend

Mişel Aun: "Səudiyyə ilə münasibətlər normallaşacaq"

Livan Prezidenti Mişel Aun Beyrut və Ər-Riyad arasında yaranan fikir ayrılıqlarını həll edəcəyini və Körfəz ölkələri ilə əlaqələri normallaşdıracağını vəd edib.

KONKRET.az xəbər verir ki, Mişel Aun bütün ərəb ölkələri və ilk növbədə Körfəz Əməkdaşlıq Şurası ilə ən yaxşı münasibətləri saxlamağın tərəfdarı olduğunu deyib.

“Mən problemi həll etmək üçün səy göstərirəm və ümid edirəm ki, tezliklə həll tapılacaq”, – Aun bildirib.

O, Beyrutun rəsmi mövqeyi ilə siyasətçilərin və partiyaların bəyanatları arasında fərq qoyulmasının zəruriliyinə də işarə edib. Aun xatırladıb ki, Livan demokratik ölkədir və burada qanun söz azadlığına zəmanət verir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*