Mişel Avropa Parlamentinin Qarabağla bağlı mövqeyinə qulaq asmır – Natali Loiseaubackend

Mişel Avropa Parlamentinin Qarabağla bağlı mövqeyinə qulaq asmır - Natali Loiseau

Qarabağ məsələsində Türkiyə ilə məsləhətləşmək pis fikirdir.

KONKRET.az xəbər verir ki, bu barədə Avropa Parlamentinin Müdafiə və Təhlükəsizlik üzrə Alt Komitəsinin sədri Natali Loiseau X hesabında deyib.

“Şarl Mişel görünür, Avropa Parlamentinin Qarabağla bağlı mövqeyinə qulaq asmır. Rusiya problemin həllini yaratmır, Türkiyə ilə məsləhətləşmək də pis fikirdir. “Avropa diplomatiyası improvizasiyanı dayandırmalı və qətiyyət nümayiş etdirməlidir”, – Loiseau bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Şarl Mişelin rəsmi nümayəndəsi Yekaterina Kasinye bəyanat yayaraq Qarabağdakı humanitar böhranın həlli və kommunikasiya yollarının açılması zərurətindən danışıb.

Onun sözlərinə görə, Mişel son bir neçə gündə telefon danışığı apardığı Ermənistan və Azərbaycan liderləri ilə, eyni zamanda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla da sıx əlaqə saxlayıb.

Ariz Həsənoğlu,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*