Misir Avropanın bu təklifini RƏDD ETDİbackend

Misir Avropanın bu təklifini RƏDD ETDİ

Misir Avropa dövlətlərinin Qəzza sakinlərinin köçürülməsi müqabilində böyük maliyyə dəstəyi, qrantlar və investisiya vədlərini qətiyyətlə rədd edib. Qətərin Al-Araby Al-Jadeed qəzetinə danışan misirli diplomatik mənbələr bildiriblər ki, Qahirəyə son günlər Qərb ölkələri tərəfindən “geniş iqtisadi yardım paketi” təklif olunub. Bu paketin tərkibinə Avropa ölkələrindən qrantlar, Körfəz ölkələrinin sərmayələri və ABŞ-ın Körfəz dövlətlərini bu prosesi maliyyələşdirməyə inandırmaq öhdəliyi daxil idi.

KONKRET.az xəbər verir ki, Misirin cavabı “qəti imtina” olub. Rəsmi Qahirə açıq şəkildə bəyan edib ki, ölkənin mövqeyi Fələstin məsələsinin ləğvinə və ya fələstinlilərin öz torpaqlarından çıxarılmasına qarşıdır.

Mənbələrin sözlərinə görə, Misir həm Afrika, həm də Asiya qitəsindən iki ölkə ilə danışıqlar apararaq, onlara da İsrailin fələstinlilər üçün “alternativ vətən” təklifi ilə bağlı hər hansı təşəbbüsü rədd etməyi tövsiyə edib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*