Misir Süveyş kanalı vasitəsilə tranzit ödənişləri ARTIRIRbackend

Misir Süveyş kanalı vasitəsilə tranzit ödənişləri ARTIRIR

Misir 2023-cü ilin yanvar ayından etibarən Süveyş kanalında ödənişləri 15 faiz artıracaq.

KONKRET.az Anadoluya istinadən xəbər verir ki, bu barədə Süveyş Kanalı Administrasiyasının prezidenti Usamə Rabi verdiyi yazılı açıqlamada bildirib.

Onun sözlərinə görə, dəniz nəqliyyatı sektorunda baş verən dəyişikliklər nəticəsində tranzit ödənişlərinə yenidən baxılıb.

Rabi qeyd edib ki, Kanaldan keçən bütün növ gəmilər üçün rüsumlar 15 faiz, turizm gəmilərində isə 10 faiz artırılıb.

O, artımların 2023-cü ilin yanvar ayından etibarən tətbiq ediləcəyini bildirib.

Qeyd edək ki, dünya dəniz ticarətinin 10 faizini təmin edən Süveyş kanalı Misirin əsas gəlir mənbələrindən biridir. Süveyş Kanalı İdarəsi son maliyyə ilində gəlirinin əvvəlki ilə görə 20,7 faiz artaraq, 7 milyard dollara çatdığını açıqlayıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*