Misirdə baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində azı 12 nəfər ölüb, 6 nəfər yaralanıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Ahl Masr” nəşri qəzanın baş verdiyi Asuan əyalətinin rəhbəri Əşrəf Attiyanın açıqlamasına istinadən xəbər verib.
Bildirilir ki, insanlarla dolu mikroavtobus Qahirəyə gedən Kom-Ombo ərazisindəki yolda yük maşını ilə toqquşub.
Yol qəzasının səbəbi hələ açıqlanmır.