Mişustin Ermənistana səfər edəcəkbackend

Mişustin Ermənistana səfər edəcək

Rusiyanın Baş naziri Mixail Mişustin avqustun 24-ü Ermənistana səfər edəcək.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, Mişustin Ermənistanda Avrasiya İqtisadi İttifaqının hökumətlərarası şurasının iclasında iştirak edəcək.

İclas İrəvandan 50 kilometr məsafədə yerləşən Zaxqadzor kurort zonasında baş tutacaq.

Mişustinin Ermənistana səfəri 2 gün davam edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*