Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) xüsusi əməliyyat keçirib.
KONKRET.az xəbər verir ki, əməliyyat İraqın şimalında – Süleymaniyyədə gerçəkləşdirilib.
Əməliyyat çərçivəsində PKK terror təşkilatının “rəhbər şəxs”lərindən biri, “İraq üzrə kəşfiyyat başçısı”, diplomat Osman Kösenin qətlini təşkil edənlərdən olan Celal Kaya zərərsizləşdirilib.
Hazırda araşdırmalar davam etdirilir. Bildirilib ki, bundan sonra da oxşar əməliyyatlar keçiriləcək.//Modern.az