Papiyev: “Seçkilərdə pozuntularla bağlı heç bir şikayət daxil olmayıb”backend

Papiyev: "Seçkilərdə pozuntularla bağlı heç bir şikayət daxil olmayıb"

Bu saata qədər seçkilərdə pozuntularla bağlı heç bir şikayət daxil olmayıb.

KONKRET.az xəbər verir ki, bunu GUAM-ın Parlament Assambleyasının müşahidəçisi, Ukrayna Ali Radasının deputatı Mixail Papiyev deyib.

“Müşahidəçi qismində Sumqayıtı ziyarət etdik, 4 seçki məntəqəsində olduq. Bakıda isə artıq sayca 3-cü məntəqəni ziyarət edirik. Ayrı-ayrı müşahidəçilərlə ünsiyyətdə olduq. Xoş haldır ki, seçkilərdə fərqli namizədlərdən siyasi qüvvələrin müşahidəçilər var. Bu saata qədər seçkilərdə pozuntu, yaxud əngəllərlə bağlı heç bir şikayət daxil olmayıb. GUAM-ın müşahidəçisi kimi, olduğum 7 məntəqənin hər birində seçkilərin təmiz, şəffaf və demokratik keçdiyini deyə bilərəm”, – Mixail Papiyev deyib.APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*