“Mixaylo“nu almanlara sovet partizanları satıb – İDDİAbackend

“Mixaylo“nu almanlara sovet partizanları satıb - İDDİA

Tarixçi Zaur Əliyev faşistləri vahiməyə salan, Məhəmməd Əmin Rəsulzadəni öldürməkdən imtina etdiyi üçün haqqında ölüm qərarı verilən azərbaycanlı qəhrəman “Mixaylo” – Mehdi Hüseynzadə ilə bağlı bilinməyən faktları üzə çıxarıb. 

KONKRET.az xəbər verir ki, bu haqda “Belə belə işlər”in “YouTube” kanalında videoçarx təqdim olunub.

Materialda bildirilir ki, Mehdi Hüseynzadə 1928-ci il dekabrın 22-də Bakıda, Novxanıda anadan olub. 1941-ci ilin avqustunda Qızıl Orduya çağırılıb. Stalinqrad döyüşlərində iştirak edib. 1942-ci ildə Kalaç şəhəri ətrafında döyüşlərdə yaralanaraq almanlara əsir düşüb.

Almaniyaya göndərilən Mehdi Berlində alman dilini öyrənib.

1943-cü ildə bir dəstə azərbaycanlı əsir ilə qaçaraq Yuqoslaviya və İtaliya partizanlarına qoşulub. Xüsusi təxribat-kəşfiyyat dəstəsi yaradıb.

Faşist forması və yoxsul kəndli libasında Adriatik sahilində şəhər və kəndləri gəzib lazımlı kəşfiyyat xəbərlərini toplayıb. Mehdinin “Opçina” kinoteatrını partlatması nəticəsində 80 faşist məhv olub. Trietsdə alman hərbi xidmətçilərin aşxanasını partlatması nəticəsində isə 100-dən çox alman zabiti həlak olub. O, həmçinin“II Pikkolo” qəzeti redaksiyasını, Qaritsa yaxınlığında 200 ton benzin anbarını partladıb. Udineze şəhərində 700 partizan və sovet əsirini xilas edib”.

Dosent Zaur Əliyev bildirir ki, “Mixaylo” alman əsirliyində olan zaman 160-cı alman diviziyasının komandiri İsrafilbəy İsrafilbəyov idi: 

“Onunla birgə Məhəməd Əmin Rəsulzadə, Fətəli bəy Düdənginski Azərbaycan əsirləri ilə görüşür. Onlar “Mixaylo” və digərlərini SSRİ-yə qarşı, Azərbaycanın müstəqilliyi uğrunda mübarizəyə səsləyirlər. “Mixaylo” təklifi qəbul edir, sovetlərə qarşı vuruşur. Lakin sonra sovet partizanlarına əsir düşür. Partizanlar onu inandırır ki, faşistlərə qarşı vuruşsa, Bakıya qayıda biləcək və üzərindən “vətən xaini” damğası götürüləcək. Ona rəsmi bağışlanma kağızı verirlər.

Bu işdə isə Anjeli adlı qızdan istifadə edirlər. Anjeli Bakıda onunla ailə quracağına söz verir. Anjeli Mehdidən sonra ailə həyatı qursa da, onu heç vaxt unutmur”.

Daha sonra qeyd olunur ki, sovet “KQB”-si Mehdiyə yeni tapşırıq verir: “Ona legioner ordusuna geri qayıtmaq və Məhhəməd Əmin Rəsulzadə, İsrafilbəy İsrafilbəyov və Fətəli bəy Düdənginskini öldürmək tapşırılır. “Mixaylo” bu əmrə tabe olmur. Beləliklə, SSRİ KQB-si “Mixaylo”nun ölümünə gizli fətva verir. Vitovye kəndində almanlara Mehdinin olduğu yeri məhz sovet döyüşçüləri deyir.

O, 1944-cü il noyabrın 2-də faşistlərin hərbi anbarını partladıb qayıdanda faşistlərlə döyüşdə çoxlu qan itirərək ölür.

Ona 1957-ci il aprelin 11-də “Sovet İttifaqı Qəhrəmanı” adı verilib.

İndiki Sloveniyada, Çepovanı kəndində onun məzarı üzərində yazılıb:

“Rahat yat, Azərbaycan xalqının qəhrəman oğlu, əzizimiz Mehdi”.//Bakupost.az

  • səbuhi
    May 9, 2023 - 20:04

    İnandırıcı deyil.Doğru olsa idi Qəhrəman adı verilməzdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*