Gürcüstanın Xüsusi Penitensiar Xidməti həbsdə olan üçüncü Prezident Mixeil Saakaşvilinin müalicə aldığı klinikadan videogörüntülər paylaşıb.
KONKRET.az APA-ya istinadən xəbər verir ki, qurum videonu paylaşmasını yüksək ictimai maraqla əlaqələndirib.
Açıqlamada qeyd olunub ki, Saakaşvili simulyasiya xarakterli davranışlara yol verir və məqsədi ədalətin yerini tutmasına mane olmaq, həmçinin ictimaiyyəti və beynəlxalq tərəfdaşları çaşdırmaqdır.
Qeyd edə ki, Mixeil Saakaşvili bu gün keçirilən məhkəmədə onlayn iştirakının təmin edilməməsinə etiraz olaraq elan etdiyi aclıq aksiyasını dayandırdığını açıqlayıb.