Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyinin (MN) Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsinin icrası general-mayor Fərid Əliyevə həvalə edilib.
KONKRET.az xəbər verir ki, F.Əliyevə 2023-cü ilin noyabrında “general-mayor” ali hərbi rütbəsi verilib.
“General-mayor” ali hərbi rütbəsi verilən polkovnik Fərid Əlibaba oğlu Əliyev 1987-ci ildə doğulub. O, daha əvvəl Dövlət Gömrük Komitəsinin Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin rəisi vəzifəsində işləyib.
Fərid Əliyev 2023-cü ilin yanvar ayında tutduğu vəzifədən istefa verib.
Qeyd edək ki, Fərid Əliyev Sabunçu Rayon İcra Hakimiyətinin keçmiş başçısı Əlibaba Əliyevin oğludur.//Milli.az