Model sevgilisini döyən Ziya Hüseynzadə həbs edildibackend

Model sevgilisini döyən Ziya Hüseynzadə həbs edildi

Vətəndaş Razi Əliyevanın tanışı Ziya Hüseynzadə tərəfindən fiziki zorakılığa və digər qanunazidd hərəkətlərə məruz qalması barədə məlumatlar polis tərəfindən araşdırılıb.

DİN-in mətbuat xidmətindən KONKRET.az-a bildirilib ki, araşdırmalarla Z.Hüseynzadə mayın 26-da R.Əliyevanın Qaradağ rayonu Lökbatan qəsəbəsində anasına məxsus mənzilinə hücum edərək nalayiq ifadələr səsləndirib. Onun zor tətbiq etməklə giriş qapısını zədələdiyi, həmçinin ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən xuliqanlıq hərəkətləri törətməsi məlum olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsilə cinayət işi başlanılıb, Z.Hüseynzadənin cinayət törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən bu gün həbs edilib.

Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*