Amerikalı böyük ölçülü model Eşli Qrem fotoşopsuz şəkillərini nümayiş etdirib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, o, bu fotosu ilə pərəstişkarlarının rəğbətini qazanıb.
Yayımlanan kadrlarda 36 yaşlı model arxası kəsikli bənövşəyi rəngli korduroy mini paltarda görünüb. Məşhurun bud nahiyələrində selülit açıq-aydın sezilir. Bu isə onu göstərir ki, modelin dərisində problemlər yaranmağa başlayıb.
Pərəstişkarları modeli səmimiyyəti olan qadın kimi xarakterizə ediblər.
Rəsmiyyə Şərifova,
KONKRET.az