Moizin qətlində şübhəli bilinən Baş nazir prokurorluğa çağırıldıbackend

Moizin qətlində şübhəli bilinən Baş nazir prokurorluğa çağırıldı

Haiti Baş naziri Ariel Anri ölkənin eks-prezidenti Jovenel Moizin qətli ilə əlaqədar ifadə vermək üçün prokurorluğa çağırılıb.

KONKRET.az xəbər verir ki, bu barədə İspaniyanın EFE agentliyi məlumat yayıb.

Onun məlumatına görə, respublikanın hökumət başçısı sentyabrın 14-də instansiyaya getməlidir.

Yerli “Gazette Haiti” xəbər portalı bildirir ki, qətl günü Baş nazir və cinayəti törətməkdə əsas şübhəlilərdən biri sayılan Jozef-Feliks Badye arasında telefon danışıqlarının olması faktı təsdiqlənib.

Nəşr qeyd edir ki, müvafiq məlumatlar hökumətlə müxalifət arasında ölkədə siyasi böhranın aradan qaldırılması ilə bağlı razılaşmanın imzalanmasına bir sutkadan az vaxt qalmış yayılıb.

Xatırladaq ki, Jovenel Moiz iyulun 7-də sui-qəsd nəticəsində qətlə yetirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*