Moldova Prezidenti Putini həbs edəcəyinə SÖZ VERDİbackend

Moldova Prezidenti Putini həbs edəcəyinə SÖZ VERDİ

Sandu Putini həbs edəcəyinə söz verib.

KONKRET.az xəbər verir ki, bu barədə Moldova Prezident Maya Sandu Euronews Rumıniya telekanalına müsahibəsində bildirib.

O bildirib ki, Beynəlxalq Cinayət Məhkəməsinin qərarına əsasən, Moldova Putin respublikaya səfər edəcəyi təqdirdə onu həbs edəcək,

2023-cü il martın 17-də Haaqa Beynəlxalq Cinayət Məhkəməsi (ICC) Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verib.

Xatırladaq ki, Rusiyanın hazırkı prezidentinə qarşı hərbi cinayətdə – Rusiyanın Ukraynaya müdaxiləsi zamanı uşaqların Ukraynanın işğal olunmuş ərazilərindən Rusiyaya qanunsuz deportasiya edilməsində ittiham irəli sürülüb. Sərəncam verildikdən sonra Putin Moldova da daxil olmaqla Roma Əsasnaməsini ratifikasiya etmiş 123 ölkədən hər hansı birində həbs oluna və BCM-ə təhvil verilə bilər.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*