Moldovada mitinq: Saxlanılanlar var / YENİLƏNİBbackend

Moldovada mitinq: Saxlanılanlar var / YENİLƏNİB

Bu gün Moldovada rusiyayönlü Şor partiyası hakimiyyətə qarşı etiraz aksiyası keçirib.

KONKRET.az yerli mətbuata istinadən xəbər verir ki, Kişinyovda şəhər mərkəzinə əlavə polis qüvvələri cəlb edilib.

Polislər etirazçıların parlament binasına daxil olmasının qarşısını ala biliblər. 50-dən çox nümayişçinin həbs edildiyi deyilir.

Aksiya iştirakçıları qiymət artımına etiraz etdiklərini bildiriblər, onlar hökumətdən qış ayları üçün bütün vətəndaşların kommunal xərclərini ödəməyi tələb ediblər.

***

16:47

Kişinyovda keçirilən mitinq zamanı etirazçılar polis kordonunu yarıblar.

KONKRET.az xəbər verir ki, buna baxmayaraq, etirazçılar paytaxtın Mərkəzi meydanı və Hökumət Evinə tərəf irəliləyə bilməyiblər.

Onların qarşısını polisin ikinci kordonu kəsib.

12:15

Müxalifət tərəfdarları Moldovanın şimalında magistral yolu bağlayıblar.

KONKRET.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Məlumata görə, etirazçılar “Şor” partiyasının Kişinyovda təşkil etdiyi mitinqə yollanıblar. Lakin polis yolda onların olduğu avtobusların qarşısını kəsib.

Etirazçılar yolu kəsərək polisin onların mitinqə qatılmasına icazə verməsini tələb ediblər.

“Şor” partiyasından bildirilib ki, etirazçıları daşıyan 14 avtobus geri qaytarılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*