Moldovada parlament seçkiləri keçirilirbackend

Moldovada parlament seçkiləri keçirilir

Bu gün yerli vaxtla saat 07.00-da Moldovada parlament seçkilərində səsvermə başlayıb.

KONKRET.az xəbər verir ki, ölkə ərazisində l 1,961, ölkədən kənarda yaşayan vətəndaşlar üçün isə 301 seçki məntəqəsi fəaliyyət göstərəcək.

Seçkilərin baş tutması üçün 3.2 milyon seçicidən ən azı üçdə biri səs verməlidir. Seçkiləri 3,000-dən çox müşahidəçi müşahidə edəcək. Bunlar arasında ATƏT Demokratik Təsisat və İnsan Hüquqları Bürosu, həmçinin müxtəlif beynəlxalq təşkilatlar da daxil olmaqla, 600-dən çox beynəlxalq müşahidəçi var.

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti də seçkiləri müşahidə edir.

Seçki məntəqələri saat 21:00-da bağlanacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*