Moldovada sabiq prezidentin əmlakına HƏBS QOYULDUbackend

Moldovada sabiq prezidentin əmlakına HƏBS QOYULDU

Moldova Prokurorluğu ölkənin eks-prezidenti İqor Dodon və ailəsinin əmlakına həbs qoyub.

KONKRET.az “Deutsche Welle” nəşrinə istinadən xəbər verir ki, Dodon bu barədə onu prokurorluqda gözləyən jurnalistlərə danışıb.

“Bu barədə məlumatın verilməsi üçün idarəyə çağırılmışam” deyə o, izah edib.

“Mən təfərrüat verə bilmərəm. Sənəd imzaladım ki, bu barədə jurnalistlərə heç nə deməyəcəm. Bütün bunlar şoudur, hər gün Dodon işi ilə bağlı televiziya şousu hazırlamaq istəyirlər”. Nəşr onun dediklərindən sitat gətirib.

Dodon əmindir ki, “cinayət işi uydurmadır, onların kifayət qədər və inandırıcı sübutları yoxdur”.

Eks-prezidentin sözlərinə görə, prokurorlar “təhrif olunmuş rəqəmlər və detallarla vətəndaşları heyran etmək üçün işi ictimai müstəviyə çıxarmağa çalışırlar”.

“Bu cinayət işinin siyasi çalarları var. Təbliğat işinin elementlərindən biri də bir sıra obyektlərin, o cümlədən mənə məxsus olmayan və ya banklar tərəfindən girov qoyulmuş aktivlərin həbsidir”, – Dodon bildirib.

O, bazar ertəsinədək “hakimiyyət və prokurorluğun birgə hazırladığı şoular haqqında əlavə məlumat” təqdim edəcəyinə söz verib.

Roman Göytürk,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*