Moldovadakı səfirimizə qarşı TƏXRİBATbackend

Moldovadakı səfirimizə qarşı TƏXRİBAT

Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov Rusiya mediasında, o cümlədən “RİA Novosti”də onun adından yayılan bəyanatla bağlı açıqlama verib.

KONKRET.az xəbər verir ki, açıqlamada deyilir:

“«Раньше всех. Ну почти» telegram kanalında mənim adımdan Qazaxıstanla bağlı yayımlanan şərh təxribatdır və bunun arxasında kimin və nə məqsəd güdməsi mənə hələ aydın deyil. Bu şərhə mənim heç bir aidiyyətim yoxdur!”.

Xatırladaq ki, “RİA Novosti”də Namiq Əliyev Azərbaycanın Moldovadakı səfiri kimi təqdim olunaraq onun adından belə bir açıqlama yayılmışdı:

“Qazaxıstanda etiraz aksiyaları kənardan idarə olunur, bəzi kadrlarda iğtişaşların təşkilatçıları da görünür”.

Qeyd edək ki, N.Əliyev 2016-cı ilədək səfir vəzifəsini icra edib və hazırda təqaüdə çıxıb. Həmin ildən Azərbaycanın Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanovdur. Qafqazinfo.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*