Moldovanın gələcəyi sual altındadır – Rusiya hər an hərəkətə keçə bilərbackend

Moldovanın gələcəyi sual altındadır - Rusiya hər an hərəkətə keçə bilər

Xəbər verildiyi kimi, Moldovada Avropa İttifaqına daxil olmaqla bağlı Konstitusiya referendumu və prezident seçkiləri keçirilib. Keçirilən referendumda əhalinin 50,03 faizi ölkənin quruma üzvlüyünə səs verib. Prezident seçkiləri isə ikinci tura qalıb. Hazırda siyahıya indiki dövlət başçısı Maya Sandu başçılıq edir.

Maraqlıdır, əhalinin Aİ-yə inteqrasiyasına “hə” deməsi, sözügedən ölkədə hansı dəyişikliklərə səbəb ola bilər və bundan sonrakı ssenari necə olacaq?

Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Yalçın Hacızadə qeyd edib ki, keçmiş sosialist ölkələrinin bir çoxu Avropaya inteqrasiya etmək istəyir:

“Rusiya ilə Qərb arasında gərginliyin əsas nöqtələrindən biri də budur. Rəsmi Moskva həmin ölkələrin Avropa İttifaqına (Aİ) və NATO-yə daxil olmasını özünə təhdid hesab edir. Rusiya bunu Qərblə öz sərhədləri arasında olan bufer zonanın yox olması kimi qiymətləndirir. Ölkələrin Moskvanın təsirindən çıxıb Avropaya yönəlməsində rəsmi Kremlin günahı çoxdur. Onlar keçmiş sosialist ölkələrinə eyni hüquqda yanaşmayıb, öz iqtisadi, hərbi imkanlarını həmin dövlətlətə qarşı təzyiq mexanizmi kimi istifadə edib. Daxili münaqişələr yaradıb, separatizmi dəstəkləyib”.

Ekspert qeyd edib ki, Moldova bir neçə ildir Rusiyanın təsirindən çıxmağa çalışır:

“Keçirilən son referendumda seçicilər Aİ-yə daxil olmağa “hə” deyiblər. İlk baxışdan bunu Rusiyanın məğlubiyyəti kimi qiymətləndirmək olar. Amma rəsmi Moskvanın sözügedən ölkəyə təsiri çoxdur. Bu seçkilər Moldovada qütbləşməni daha da artıracaq. Bütün beynəlxalq təzyiqlərə baxmayaraq Moldova ərazisindən çıxmaq istəməyən xeyli sayda rus sülhməramlısı var. Onlar adıçəkilən ölkənin Aİ və NATO-ya daxil olmasında böyük əngəldir”.

Müsahibim bildirib ki, Moldovadan sonra bütün diqqətlər Gürcüstana yönəlib:

“Gürcüstanda da mübarizə əsasən iki qütb arasında gedir. Bu Gürcüstan üçün taleyüklü məsələdir. Orada mübarizə təkcə parlament uğrunda getmir, eyni zamanda xalq ölkənin xarici siyasətindəki prioriteti müəyyənlaşdircək. Ona görə də seçki beynəlxalq rəqabət şəraitində gedir. Görünən odur ki, Gürcüstanda Moldovadakının əksinə “balanslaşdırma” və ya Rusiyaya qarşı Qərbin tələblərini yerinə yetirmək istəməyən qüvvələr qələbə qazanacaqlar”.

Politoloq Ramiyyə Məmmədova isə Moldova xalqının tam qərar verə bilmədiyini vurğulayıb:

“Ölkədə keçirilən prezident seçkilərində hazırkı prezident Maya Sandu 50 faizdən çox səs toplaya bilmədi. Görünür, cəmiyyət bu barədə birmənalı qərarını verməyib. Aİ inteqrasiya “hə” deyənlərin sayında azala hiss olunur. Seçkidən əvvəl Qərb və ABŞ rəsmiləri tez-tez Moldovaya gələrək müxtəlif bəyanatlar səsləndirirdilər. Daha əvvəl Avropa Parlamentində Rusiyanın seçkilərə müdaxiləsinin qəbuledilməzliyi haqda bəyanatlarla çıxış edilirdi. Düzdür, Rusiyanın müdaxiləsi yetərincə olmadı. Həmçinin Moskva və ətraf ərazilərdə yaşayan moldovanlılar da səs verə bilmədilər. Görürən odur ki, Aİ-yə inteqrasiyaya “hə” deyənlərin əksəriyyəti diaspora üzvləridir.

Müsahibim bildirib ki, Moldovanın gələcəyi sual altındadır:

“Moldovanın gələcəyi sual altındadır. Əhali dəyişikliyə “hə” deyirsə, o zaman dövlət rumınların nəzarəti altına keçəcək. Əhalinin çox hissəsi Rusiyanın Ukraynadakı addımlarını görür və ölkəsinin işğalından qorxur. Aİ və NATO rusların təhlükəsizliyinə təhdiddir. Rəsmi Moskva buna görə bütün vasitələrə əl atır. Hazırda Moldovadakı hadisələri Gürcüstanda müşahidə edirik. Son vaxtı baş verən proseslər gürcü xalqını Aİ-yə inteqrasi fikrindən daşındıra bilər. Rusiya təhlükəsizliyini təmin etmək digər ölkələri işğal da edə bilər. Ancaq Rusiyaya təhlükə Qafqaz ölkələrindən gəlməyəcək”.

Məlik Məlikov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*