Məhkəmə Dodon barəsində qərar verdi – YENİLƏNİBbackend

Məhkəmə Dodon barəsində qərar verdi - YENİLƏNİB

Moldovanın eks-prezidenti İqor Dodona 30 sutkalıq ev dustaqlığı cəzası verilib.

KONKRET.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Kişinyov məhkəməsi qərar çıxarıb.

12:38

Moldovanın keçmiş prezidenti İqor Dodon məhkəməyə aparılıb.

KONKRET.az “TASS”a istinadən xəbər verir ki, məhkəmədə Dodonun 30 sutka müddətinə həbs edilməsi ilə bağlı prokurorların vəsatətinə baxılacaq.

Xatırladaq ki, İqor Dodon mayın 24-ü ölkənin Cinayət Məcəlləsinin 4 maddəsi əsasında başladılan cinayət işi çərçivəsində 72 saat müddətinə saxlanılıb. Sabiq Prezidentin və qohumlarının evində axtarışlar aparılıb. Dodon korrupsiya və dövlətə xəyanətdə ittiham olunur.

Qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*