Kağız bəlkə də bəşər tarixində bütün zamanların ən mühüm ixtiralarından biridir. Kağızın yaranması yazının meydana çıxması ilə bağlı olmuşdur. Monqol İmperiyası dövründə kağız istehsalının izləri Selenqe vilayətinin Orxon somonu ərazisində Tsant Ders adlı yerdə tapılıb.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu ərazisində əvvəllər qədim şəhərin xarabalıqları aşkar edilib və hazırda yeni araşdırma aparılır.
Məlumata görə, aparılan araşdırmalar nəticəsində daş binalar və kağız istehsal edilən dəyirmanlar, eləcə də digər tapıntılar aşkar edilib.
Qeyd edək ki, Tsantyn Ders xarabalıqları 13-14-cü əsrlərdə Monqol İmperiyası dövrünə aiddir. Çox maraqlıdır ki, burada saman daş dəyirman vasitəsi ilə kiçik parçalara bölünərək kağız hazırlanıb.
Belə ki, 700 il əvvəl köçəri monqolların öz ərazilərində kağız istehsal etdikləri aşkar edilib. Bu da monqol mədəniyyəti tarixində yeni səhifə açıb.
Maraqlıdır ki, Ərəb dünyasında kağız istehsalı və ticarəti üçün ən böyük mərkəz XI əsrdə Bağdad olub. 1056-cı ildə Ərəb İspaniyasında ilk kağız dəyirmanı meydana çıxıb.
İqbal Rzayev,
KONKRET.az