“Moskva ABŞ-ın xeyrinə güzəştə getməyəcək” – XİN-dən SƏRT AÇIQLAMAbackend

“Moskva ABŞ-ın xeyrinə güzəştə getməyəcək” – XİN-dən SƏRT AÇIQLAMA

Rusiya ABŞ-ın təzyiqinə boyun əyməyəcək və strateji təhlükəsizlik müqavilələrində güzəştə getməyəcək.

KONKRET.az xəbər verir ki, bunu RİA Novosti agentliyinə müsahibəsində Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov deyib.

Onun sözlərinə görə, “Rusiya ehtimal edir ki, ABŞ və NATO-dan olan həmkarlarımız bizə lazım olanı həqiqətən dərk etməyəcək”.

“Lakin qarşıdakı təmaslarda Qərb ölkələri tərəfindən bizə qarşı daim formalaşdırılan təhdidlər və təzyiqlər rejimində biz heç bir güzəştə getməyəcəyik”, – Ryabkov bildirib.

Rusiya diplomatı hesab edir ki, təhlükəsizlik məsələlərində güzəştə getmək öz maraqlarına zidd hərəkət etmək deməkdir.

Rusiya Xarici İşlər Nazirliyi 2021-ci il dekabrın ortalarında strateji təhlükəsizlik müqavilələrinin layihələrini ABŞ və NATO-ya təhvil verib, sonra isə dərc edib.

“Moskva NATO-nun şərqə doğru genişlənməsini istisna etməyi, xüsusən də Ukraynanı alyans üzvlərinə daxil etməməyi təklif edib. Sənəddə, həmçinin keçmiş SSRİ ərazisində hərbi bazaların yerləşdirilməsinin və nüvə silahının ərazilərdən kənarda yerləşdirilməsini qadağan etmək təklifləri də var idi”. RBK telekanalı xatırladır.

Ağ Evin sözçüsü Cen Psaki dekabrın sonunda bildirib ki, Birləşmiş Ştatlar Rusiyanın NATO-nun genişlənməməsi ilə bağlı təklifləri ilə razılaşmayıb, lakin danışıqlara hazır olduğunu bəyan edib. 

NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, alyans Rusiyanın ayrı-ayrı dövlətləri NATO-ya üzv olub-olmamaq hüququndan məhrum edəcək məhdudiyyətlərin qoyulmasına icazə verməyəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*