Rusiyada Moskva Dövlət Universitetinin (MDU) Jurnalistika fakültəsində Halloven bayramına aid hər cür atributlar (kostyum, üz qrimləri və bəzəklər) qadağan edilib.
KONKRET.az-ın xəbərinə görə, fakültənin birinci kurs tələbələrinə xəbərdarlıq edilib ki, qaydanı pozanlar intizam tənbehi alacaq, həmçinin onlar ya geyimlərini dəyişməli, ya da binanı tərk etməlidirlər. Fakültə rəhbərliyi məsələyə dair şərh verməkdən imtina edib.
Qeyd edək ki, bundan əvvəl Rusiyanın bir sıra təhsil müəssisələri də Helouin qeyd edilməsini yasaqlayıb. Qadağalar “Qərb mədəni təsirinə qarşı mübarizə” və “satanizmin təbliğinin qarşısının alınması” ilə əsaslandırılıb.
Müşviq Tofiqoğlu
KONKRET.az

