Moskva Ermənistandan Qarabağ ərazisində separatçı quldur birləşmələrinin qalıqlarını təmizləməyi tələb etməlidir.
KONKRET.az xəbər verir ki, bunu Rusiyalı konfliktoloq Yevgeni Mixaylov açıqlamasında bildirib.
“Bu hadisə göstərir ki, ərazilərin erməni terrorçularından təmizlənməsi üçün hələ çox iş görülməlidir, onların çoxu “dinc və imkansız” sakinlər sırasında gizləniblər. Üstəlik, demək istəyirəm ki, bu, rus hərbçilərinin arxasında gizlənərək erməni separatçılarının əldə olunmuş bütün razılaşmaları pozduğu ilk hal deyil”, – deyən Yevgeni Mixaylov Caliber.az-a bildirib. Daha sonra o, bu hadisənin qalan birləşmələrin tərksilahını sürətləndirəcəyini qeyd edib.
Xuraman Etibarlı
KONKRET.az