Moskva görüşündə bu sənəd imzalanacaq – İDDİAbackend

Moskva görüşündə bu sənəd imzalanacaq - İDDİA

Ermənistan mediası Moskva görüşü ilə bağlı diqqətçəkən iddia irəli sürüb. 

KONKRET.az xəbər verir ki, “Hraparak” nəşrinin yaydığı məlumata görə, bu gün Azərbaycan və Ermənistan dövlət başçılarının Rusiyanın paytaxtında keçiriləcək görüşündə ərazi bütövlüyünün tanınması ilə bağlı protokol imzalanacaq.

“Rəsmi dairələrdə qarşılıqlı ərazi bütövlüyünün tanınması ilə bağlı protokolun imzalanmasını istisna etmirlər, üstəlik, əmindirlər ki, bu, artıq imzalanıb, sadəcə olaraq, sənədin ictimailəşdirilməsi üçün düzgün yer və məkan seçmək qalır”, – nəşr bildirib.

Sözügedən sənədin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək. Tərəflər Moskvada bir araya gələcəklər. Liderlərin görüşündə sülh prosesi əsas müzakirə mövzusu olacaq.

Onu da bildirək ki, Ermənistanın baş naziri bu yaxınlarda keçirdiyi mətbuat konfransında Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıdıqlarını bəyan edib. Paşinyan Ermənistanın tanıdığı 86.600 kvadrat kilometr Azərbaycan ərazisinə Qarabağ və anklavların da daxil olduğunu bildirib.

“Əgər biz Azərbaycanla bir-birimizi düzgün başa düşürüksə, o zaman Ermənistan qeyd olunan sərhədlər çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü, Bakı isə Ermənistanın 29,8 min kvadrat kilometr ərazi bütövlüyünü tanıyır”, – Paşinyan ölkə gündəmini silkələyən açıqlamasında deyib./Modern.az

  • Murad
    May 25, 2023 - 17:15

    Mən artıq Kremlin bu cür yanaşmasını qəti şəkildə pisləyirəm. Kremlin rəhbəri sanki bir məktəb direktorudur və bu məktəbdəki müəllimləri masa ətrafına toplayıb onlara “öyüd-nəsihət” verir.
    Kremldən birdəfəlik uzaqlaşmanın vaxtı çoxdan yetişib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*