Rusiya paytaxtında yerləşən Domodedovo, Vnukovo və Şeremetyevo hava limanlarında kütləvi reys gecikmələri və ləğvləri yaşanır. Ümumilikdə 400-dən çox aviareys təxirə salınıb və bu, on minlərlə sərnişinə təsir edib.
KONKRET.az xəbər verir ki, Ukraynanın pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlar səbəbilə Moskva üzərində hava məkanının təhlükəsizlik səbəbi ilə məhdudlaşdırılması bu xaosa səbəb olub. Bildirilir ki, 50 minə yaxın sərnişin artıq faktiki zərər çəkib, 100 mindən çox insan isə saatlarla təxirə düşmüş uçuşlarını gözləyir. Aeroportlarda bilet iadesi və yenidən bronlaşdırma üçün uzun növbələr yaranıb.
Natiq Səlim,
KONKRET.az