Moskva indi rəsmi Bakıya nə deyə bilər? – Ovannisyan Kremlin susqunluğunun səbəblərini AÇIQLADIbackend

Moskva indi rəsmi Bakıya nə deyə bilər? – Ovannisyan Kremlin susqunluğunun səbəblərini AÇIQLADI

Azərbaycanın vətəndaş cəmiyyətinin Şuşa-Xankəndi-Laçın yolunda keçirdiyi etiraz aksiyaları Ermənistanı əməlli-başlı silkələyib. Artıq ümidi hər yerdən üzülən ermənilər psixi gərginlik içərisindədirlər və nə edəcəklərini bilmirlər. İndi Ermənistanda hər kəsi Rusiyanın bu aksiyalara sərgilədiyi mövqe təəccübləndirir. Yumşaq desək, ermənilər sülhməramlılara qarşı keçirilən aksiyalara onların sərgilədiyi mövqedən şoka düşüblər. Bu qənaətə gəlmək üçün erməni mediasında dərc edilən yazılara nəzər salmaq kifayət edir. Məsələn, Samvel Ovannisyan adlı erməni müəllif öz məqaləsində Rusiyanın səssizliyini belə şərh edir:

“Birincisi, Rusiya Ukrayna ilə müharibə fonunda Türkiyə ilə növbəti münaqişəyə qarışmaq istəmir. İkincisi, Azərbaycanı tamamilə itirmək Rusiyanın maraqlarına ziddir. Bakı ilə ən azı iqtisadi, sosial və mədəni əlaqələr mövcuddur. Üçüncüsü və ən əsası, Rusiya Ukraynadakı “xüsusi əməliyyat” səbəbindən üçüncü ölkələrə nə isə demək hüququnu mənəvi cəhətdən itirib. Ümumiyyətlə, Moskva indi rəsmi Bakıya nə deyə bilər? Əgər nəsə demək istəsə, o zaman Azərbaycanın sərt mövqeyi və cavabı ilə üzləşəcək. Azərbaycan isə Rusiyaya belə cavab verəcək: “Bu, bizim ərazimizdir və nə istəyirik, onu da edirik. Qonşu dövlətin sərhədlərini zəbt edən, onlarla şəhəri viran qoyan, on minlərlə insanı qətlə yetirən Rusiyanın Azərbaycana nəsə deməyə mənəvi haqqı varmı?! Moskva isə susacaq, çünki özü günahkar mövqeyindədir” – deyə erməni analitik vurğulayıb.

Ovannisyan Rusiya ilə Qərb ölkələrini müqayisə etməyi də unutmayıb: “Artıq ABŞ, Fransa, Yunanıstan və Hollandiya baş verənlərə münasibət sərgiləyib. Bu barədə fikirlərini Azərbaycan tərəfinə bildiriblər. Ermənistan parlamentinin spikeri Alen Simonyan isə hələ də, “ümid edirəm ki, müttəfiqimiz bu dəfə bizi məyus etməyəcək” – deyib.  O, həmçinin vurğulayıb ki, gələcəkdə Rusiyanın sülhməramlı missiyasına alternativ olan digər variantları nəzərdən keçirmək lazım gələ bilər. Niyə gələcəyi gözləməliyik? Fransız qoşunları Mərkəzi Afrika Respublikasından tamamilə çıxarılıb. Onların rusiya sülhməramlı missiyasını əvəz etməsi mümkündür”, – deyə Ovannisyan boş və mənasız fikirlərini tamamlayıb.

HAŞİYƏ: Yuxarıda qeyd etdiyim kimi, Ermənistan indi o qədər çarəsiz vəziyyətdədir ki, hətta müttəfiqi Rusiyaya da xəyanət etməyə razıdır. Necə deyərlər, “İrəvan düşdüyü bataqlıqdan çıxmaq üçün istənilən saman çöpündən yapışmağa” hazırdır. Gündə bir ər dəyişən arvada bənzəyən İrəvanın Rusiyanı Paris və ya başqası ilə əvəzləməsi öz işidir. Amma Ermənistan unutmamalıdır ki, Qarabağ Azərbaycan ərazisidir və ora Bakının icazəsi olmadan heç kim girə bilməz. Buna cəhd edənlərin başına “dəmir yumruq” qapazı mütləq dəyəcək. Odur ki, həm Ermənistan, həm də “sülhməramlılar” Azərbaycan vətəndaşlarının tələblərini dərhal yerinə yetirməlidirlər. Əks halda erməniləri və ona havadarlıq edənləri daha böyük sınaq gözləyir.

Müşviq Tofiqoğlu,

KONKRET.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*