Moskva məhkəməsi İqor Strelkovu HƏBS ETDİbackend

Moskva məhkəməsi İqor Strelkovu HƏBS ETDİ

Moskvanın Meşçanski Məhkəməsinin hakimi Olesya Mendeleyeva Donetsk Xalq Respublikasının keçmiş müdafiə naziri İqor Strelkovu (Qirkin) ekstremizmə çağırış üzrə iki ay müddətinə – sentyabrın 18-dək həbs edib.

KONKRET.az xəbər verir ki, Strelkovun həbs olunmasını FSB-nin Moskva üzrə şöbəsinin müstəntiqi tələb edib.

Strelkov səhhətində problem olduğunu əsas gətirərək ev dustaqlığına buraxılmasını istəyib.

Məhkəmədə Strelkovun vəkili Aleksandr Moloxov deyib ki, İqor Vsevolodoviç səs yazılarının müəllifi olduğunu etiraf edir. lakin günahını boynuna almır:

“O, həqiqəti üzə çıxarmaq üçün istintaqla əməkdaşlığa hazırdır”, – deyə vəkil bildirib.

İqor Strelkova qarşı irəli sürülən maddənin sanksiyasında beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya eyni müddətə məcburi əmək daxildir.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*