Moskva sərt cavab VERƏCƏKbackend

Moskva sərt cavab VERƏCƏK

Rusiya Baltik dənizi regionunda təxribatlardan imtina etmələri üçün NATO ölkələrini inandırmaq məqsədilə kifayət qədər təsir vasitələrinə malikdir.

KONKRET.az teleqraf-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Danimarkadakı səfiri Vladimir Barbin TASS-a müsahibəsində bildirib.

Diplomatın sözlərinə görə, Rusiyanın arsenalında yalnız diplomatik etirazlar yer almır: “Rusiya Baltikdə təxribat xarakterli addımlardan çəkinmələri üçün NATO ölkələrini inandırmaq məqsədilə geniş və müxtəlif tədbirlər toplusuna malikdir. Arsenalda təkcə diplomatik etirazlar deyil. Rusiya tərəfi artıq gəmilərin saxlanılması və ələ keçirilməsi cəhdlərinə cavab olaraq digər reaksiya üsullarını da nümayiş etdirməyə məcbur qalıb”.

Səfir vurğulayıb ki, NATO ölkələrinin müxtəlif bəhanələrlə Rusiya yükləri daşıyan və ya Rusiyada qeydiyyatdan keçmiş gəmilər üçün gəmiçilik azadlığını məhdudlaşdırmaq cəhdləri qətiyyətlə qarşılanır və bundan sonra da qarşılanacaq.

Barbin qeyd edib ki, Rusiya Baltik dənizində gəmiçilik məsələlərinin NATO və Avropa İttifaqının yanaşmalarına uyğun şəkildə tənzimlənməsinə yol verməyəcək. Onun sözlərinə görə, beynəlxalq hüquqa, xüsusilə 1982-ci il BMT-nin Dəniz Hüququ Konvensiyasına riayət etmək zəruridir./Teleqraf

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*