Ramazan Kadırovun oğlu avtomobil qəzasından sonra medalla təltif edildibackend

Ramazan Kadırovun oğlu avtomobil qəzasından sonra medalla təltif edildi

Çeçenistan Təhlükəsizlik Şurasının katibi Adam Kadırov “Atom elektrik stansiyalarının təhlükəsizliyinin artırılmasında xidmətlərə görə” qızıl medalla təltif olunub.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov Telqram kanalında məlumat yayıb.

Məlumata görə, mükafat Rosqvardiyanın Çeçenistan Respublikası üzrə idarəsinin “Axmat-Qroznı” OMON-unun komandiri Anzor Bissayev tərəfindən təntənəli şəraitdə təqdim edilib.

Qeyd edək ki, daha əvvəl sosial şəbəkələrdə Qroznıda baş verdiyi iddia olunan yol-nəqliyyat hadisəsi nəticəsində Adam Kadırovun xəsarət alması ilə bağlı məlumatlar yayılmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*