“Moskva Siti” biznes mərkəzinə dron hücumu – VİDEObackend

“Moskva Siti” biznes mərkəzinə dron hücumu - VİDEO

Rusiyada “Moskva Siti” biznes mərkəzinə dron hücumu olub.

KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, hücum zamanı xəsarət alan olmayıb.

Moskvanın meri Sergey Sobyanin məlumatı təsdiqləyib.

Onun sözlərinə görə, PUA hücumu nəticəsində 17-ci mərtəbə səviyyəsində olan binanın şüşələri qırılıb, 21-ci mərtəbənin fasadı zədələnib.

Bildirilib ki, hava hücumundan müdafiə qüvvələri dronu vurub.

Təcili yardım xidmətləri hadisə yerindədir.

Xatırladaq ki, iyulun 30-da “Moskva Siti”yə dron hücumu olub.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*