Moskva və Krasnoyarskda islamçı hüceyrə MƏHV EDİLDİ – Saxlanılanlar varbackend

Moskva və Krasnoyarskda islamçı hüceyrə MƏHV EDİLDİ - Saxlanılanlar var

Moskva və Krasnoyarskda islamçı hüceyrə məhv edilib.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya FTB məlumat verib.

Moskva və Krasnoyarskda “Kətibə Tövhid vəl-Cihad” islamçılarının bir hücrəsi dağıdılıb, dörd nəfər saxlanılıb.

“Beynəlxalq terror təşkilatı “Kətibə Tövhid vəl-Cihad”ın regionlararası hücrəsinin fəaliyyəti dayandırılıb”, – məlumatda deyilir.

Agentliyin məlumatına görə, Rusiyada saxlanılan islamçılar yaraqlıları Suriyaya cəlb edib, onları terror aktlarına çağırıblar.

Bundan əvvəl Rusiya FTB-si Rusiya Qvardiyası ilə birlikdə “Hizb ut-Təhrir əl-İslami” hücrəsinin fəaliyyətini dayandırıb, terror təşkilatının 6 üzvü saxlanılıb.

Qeyd edək ki, hər iki təşkilat Rusiyada terror təşkilatı kimi tanınıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*