Moskvada bazar sahibi olan erməni bayrağımızı ayaqlar altına sərdi – VİDEObackend

Moskvada bazar sahibi olan erməni bayrağımızı ayaqlar altına sərdi - VİDEO

Rusiyanın paytaxtı Moskva şəhərində yerləşən Rumyantsev Ticarət Mərkəzində Azərbaycan bayrağı təhqir edilir. 

KONKRET.az xəbər verir ki, ticarət mərkəzinin döşəmə və pilləkənlərinə Azərbaycan bayrağı həkk olunub.

Moskvada yaşayan azərbaycanlı diaspor nümayəndələri bildirir ki, bu addım məqsədli şəkildə atılıb. “Ticarət Mərkəzinin sahiblərindən biri Sirunyan Aşot Alfredoviçdir. O milliyyətcə ermənidir. Ad və soyadı da dediklərimizi təsdiq edir. Azərbaycan bayrağı da onun təşəbbüsü ilə döşəmədə əks olunub”, – deyə soydaşlarımız bildirib.

Aşot Sirunyanın bu əməli soydaşlarımız tərəfindən narazılıqla qarşılanıb.

“Biz artıq Rusiyanın müvafiq strukturlarına müraciət etmişik. Tələb etmişik ki, bu rəzalətə son qoyulsun. Ticarət Mərkəzinin rəhbərliyinə də sözümüzü demişik. Bu gün rəsmi müraciətlərimizi Azərbaycanın Rusiyadakı səfirliyinə və ticarət mərkəzinin rəhbərliyinə də çatdıracağıq”, – deyə soydaşlarımız vurğulayıb.

Həmin foto və videonu təqdim edirik:

/qaynarinfo/

  • Nazim
    Noyabr 9, 2021 - 14:05

    Onların gücü ancaq belə alcaqlıqlara catır

  • Aleks
    Noyabr 9, 2021 - 18:37

    Terrorçulardan nə gözləmək olar ki?
    erməni Türkün düşmənidir!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*