Moskvada Rusiyanın ən böyük bazarlarından birinin anbarında qanunsuz işləyən 57 əcnəbi saxlanılıb.
KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, polisin keçirdiyi reyd nəticəsində qanun pozuntular müəyyən edilib.
Qeyd olunub ki, saxlanılan miqrantların hər birini qanun pozuntusuna görə 400 mindən 1 milyon rubla qədər cərimə gözləyir. Üstəlik, 44 nəfər Rusiyadan deportasiya ediləcək və 5 il müddətinə ölkəyə girişinə qadağa qoyulacaq.
İqbal Rzayev,
KONKRET.az